İsrail Hərbi Hava Qüvvələri ABŞ istehsalı olan F-35 və F-15IA qırıcılarından ibarət iki yeni eskadronla gücləndiriləcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, silahların satınalınması üzrə nazirlər komissiyası iki böyük partiya təyyarənin alınmasına razılıq verib.
Rəsmi açıqlamada təyyarələrin dəqiq sayı və sövdələşmənin məbləği açıqlanmasa da, söhbətin "on milyardlarla şekel"dən getdiyi qeyd olunub. Bu, İsrail Hərbi Hava Qüvvələri üçün dördüncü F-35 (istehsalçı - "Lockheed Martin") və ikinci F-15IA (istehsalçı - "Boeing") eskadronu olacaq. Müqavilələr təyyarələrin İsrailin hərbi sistemlərinə inteqrasiyası, hərtərəfli texniki xidmət, ehtiyat hissələri ilə təminat və logistik dəstəyi də əhatə edir.
Nazirlikdən verilən məlumata görə, bu satınalmalar İsraildə maksimum dərəcədə müstəqil hərbi-sənaye kompleksinin yaradılmasını nəzərdə tutan onillik proqramın ilk mərhələsidir.