ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniyanın “Real Madrid” futbol komandasının keçmiş baş məşqçisi Zinəddin Zidan üçüncü dəfə Madrid klubuna rəhbərlik etməkdən imtina edib.
İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, fransalı mütəxəssis Xabi Alonso istefaya göndərildikdən sonra paytaxt klubundan gələn təklifi geri çevirib.
Zidanın bu qərarı Fransa milli komandası ilə əldə etdiyi razılığa sadiq qalmaq istəyi ilə bağlıdır.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.