Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı hökumət evində Kanadanın Baş naziri Mark Karni ilə görüşüb.
"Report"un verdiyi məlumata görə, Kanada nümayəndə heyəti 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gəlib.
"Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirakınıza və ölkəmizə səfərinizə görə sizə təşəkkür etmək istəyirəm. İnanıram ki, iştirakınız bu formatı daha təsirli edəcək, çünki bu, şübhəsiz ki, üfüqləri və perspektivləri genişləndirir", - deyə Paşinyan qeyd edib.
Karni İran münaqişəsi ilə bağlı Kanadaya göstərdiyi dəstəyə görə Paşinyana və Ermənistan hökumətinə təşəkkür edib.
Kanadanın baş naziri Aİ monitorinqinin bir hissəsi olaraq Ermənistanda keçiriləcək parlament seçkilərini dəstəkləməyə hazır olduğunu bildirib. Görüş zamanı həmsöhbətlər Ermənistan və Kanada arasında dostluq münasibətlərinə toxunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.