AZ

“Yeraltı” setində qalmaqal Devrim Özkan susmadı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yeraltı” serialı bu dəfə ssenarisi ilə deyil, çəkiliş meydançasında baş verdiyi iddia edilən hadisə ilə gündəmə gəlib. Magazin jurnalisti Akif Yaman iddia edib ki, çəkiliş zamanı Devrim Özkanın saçından gələn güclü qoxuya görə rejissor çəkilişi dayandırıb.Demokrat.az xəbər verir ki, iddiaya görə, çəkilişə qısa fasilə verilib və Özkanın saçları yuyulub. Aktrisanın saç baxımında istifadə etdiyi bitki yağlarının bu qoxuya səbəb olduğu da deyilənlər arasındadır.Bu iddialardan sonra Devrim Özkan gecikmədən açıqlama verib. O, xəbərlərin həqiqəti əks etdirmədiyini bildirərək sərt ifadələr işlədib. Aktrisa bu iddiaların etikadan kənar olduğunu və tamamilə uydurma olduğunu deyib. Bu cür xəbərlərin yalnız “baxış və klik toplamaq” məqsədi daşıdığını vurğulayıb.Özkan bildirib ki, əvvəllər də bu cür əsassız iddialarla qarşılaşıb. O, belə xəbərlərin insanın əməyini, şəxsi həyatını və şərəfini heçə saydığını qeyd edib.Devrim Özkan əlavə edib  ki, susqunluğu yanlış başa düşülməməlidir və bu dəfə hüquqi yollara müraciət edəcək. O, indiyə qədər yayılan bütün yalan xəbərlər və son iddia ilə bağlı məhkəmə prosesinə başlayacağını açıqlayıb.Leyla

Demokrat.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
demokrat.az

7Mənbələr