AZ

Tonqal yandırmaq istəyən gəncin bədəni yandı - VƏZİYYƏTİ AĞIRDIR

Şəmkirdə 23 yaşlı gənc ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Rayon sakini, 2003-cü il təvəllüdlü F.Məmmədov benzinlə ocaq yandırarkən alov qəfil onun bədəninə keçib.

O, bədəninin 70-80 faizinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralıya dərhal ilkin tibbi yardım göstərilib.

Hazırda gəncin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
9
20
bizim.media

10Mənbələr