AZ

"Sıx qrafik və yorğunluq oyunumuza təsir etdi" - Rəşad Sadıqov

style='margin-bottom:10px;'>

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turunda "Qəbələ"yə qalib gəldikləri matç (1:0) haqda danışıb.

QOL.az xəbər verir ki, baş məşqçi rəqibin baxımlı futbol oynadığını və əslində avrokuboklar uğrunda mübarizə aparmalı olduğunu vurğulayıb:

"Bizim üçün həqiqətən ağır oyun oldu. Rəqib çox baxımlı və keyfiyyətli futbol nümayiş etdirir. Fikrimcə, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son matçlarda yaxşı oyun sərgiləsələr də, nəticə qazanmaqda müəyyən çətinliklər çəkdiklərini düşünürəm. Qarşılaşma çox gərgin mübarizə şəraitində keçdi. Matça çox pis başlamışdıq, lakin ikinci hissədə müəyyən qədər toparlanıb oyunu düzəldə bildik. İndi özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı çıxış etməliyik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqlarına görə təbrik edirəm".

Mütəxəssis qol epizoduna qədər komandasının sönük çıxış etməsi və özünə bənzəməməsi ilə bağlı suala belə aydınlıq gətirib:

"Birinci hissədə çoxsaylı top itkilərinə yol verdik. Təqvimdəki sıx qrafik və aprel ayının gətirdiyi yorğunluq müəyyən qədər oyunumuza mənfi təsir göstərirdi. Buna görə də imkan düşdükcə müəyyən mövqelərdə rotasiyalara əl atdıq. Digər tərəfdən Enrikenin zədələnməsi hazırda bizim üçün ciddi problem yaradır. Onun yoxluğunda İssa Cibrilanı dincəltmək və rotasiya etmək imkanımız olmur. İssa ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Məhz bu səbəbdən bu gün onu qorxa-qorxa meydanda saxlamışdıq. Qol vurduqdan sonra isə onu əvəzlədik".

Seçilən
8
50
teleqraf.com

10Mənbələr