AZ

Çində qocalma prosesi sürətlənməkdədir

Müəllif:Mehin Qasımova,Banco.az

Çin əhalisi sürətlə qocalır. 

Banco.az xəbər verir ki, ölkə agentliyinin məlumatına görə, ekspertlər növbəti onillikdə 60 yaşdan yuxarı insanların sayının 400 milyonu keçə biləcəyini təxmin edirlər.

Məlumatlara görə, 2025-ci ilin sonuna qədər ölkədə 60 yaşdan yuxarı vətəndaşların sayı 320 milyonu keçəcək və bu, ümumi əhalinin təxminən 23 faizini təşkil edəcək. Buna görə də, hakimiyyət orqanları bu problemi aradan qaldırmaq üçün yeni tədbirlər həyata keçirir.

Yeni plana əsasən, 2030-cu ilə qədər şəhər və kəndlərin ən azı 70%-i yaşlılara xidmət göstərən müəssisələrlə əhatə olunacaq. Bundan əlavə, tənha yaşayan və köməyə ehtiyacı olan yaşlı insanlar üçün dəstək sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Seçilən
88
banco.az

1Mənbələr