Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.
Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
78-ci dəqiqədə Martins Junior fərqlənib.
Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.