BAKI, 3 may. TELEQRAF
İranın ABŞ ilə bağlı təqdim etdiyi plan nüvə məsələlərini deyil, yalnız hərbi əməliyyatların dayandırılmasını əhatə edir.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.
Nazirin sözlərinə görə, Tehran tərəfindən irəli sürülən 14 maddəlik plan yalnız müharibənin dayandırılmasına yönəlib və nüvə proqramı ilə bağlı məsələləri əhatə etmir.
“Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatdırılmasına fokuslanıb və nüvə sahəsi ilə bağlı məsələləri əhatə etmir”, – deyə Əraqçi bildirib.
Qeyd edək ki, İran daha əvvəl ABŞ-yə münaqişənin həlli üçün geniş sülh planı təqdim edib və tərəflər arasında bu sənəd üzrə müzakirələr davam edir.