Qardaş Türkiyədə təhsil alan azərbaycanlı tələbə Rüstəmov Əli Rüfət oğlu yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Mərhum Əli Rüstəmov Balasoltanlı kənd sakini Rüstəmov Rüfət Kalam oğlunun övladıdır.
KONKRET.az xəbər verir ki, gənc tələbənin vaxtsız vəfatı yaxınlarını və doğmalarını dərindən sarsıdıb. Mərhumun 3/7 mərasimi gələn həftənin çərşənbə günü, yəni 6 may 2026-cı il tarixdə Sumqayıt şəhərində yerləşən “Zəngəzur” mərasim evində təşkil ediləcək.
Allah rəhmət eləsin!
Natiq Səlim,
KONKRET.az