ABŞ-nin aşağıbüdcəli hava daşıyıcısı Spirit Airlines fəaliyyətini dayandıraraq iflas etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, 34 illik tarixə malik olan və təxminən 17 min əməkdaşı olan şirkətin qəfil bağlanması həm sərnişinlər, həm də işçilər üçün ciddi problem yaradıb.
Məlumata görə, İranla bağlı müharibədən sonra neft qiymətlərinin sürətlə artması şirkətin xərclərini kəskin yüksəldib və əməliyyatları davam etdirməyi mümkünsüz edib. Bildirilir ki, daha əvvəl iki dəfə iflasdan qorunma proseduruna müraciət edən aviaşirkət bu dəfə maliyyə təzyiqinə tab gətirə bilməyib.
ABŞ-nin nəqliyyat naziri Sean Duffy açıqlamasında qeyd edib ki, birbaşa şirkətdən bilet alan sərnişinlər üçün geri ödəniş fondu yaradılıb. Üçüncü tərəflər – tur agentlikləri vasitəsilə alınan biletlərin qaytarılması isə həmin satıcılar üzərindən həyata keçiriləcək.
Hadisə nəticəsində çoxsaylı sərnişinlərin hava limanlarında qaldığı bildirilir.
Musavat.com