AZ

Zəhlətökən baş məşqçi, “ac” olmayan futbolçular və BÖYÜK YALAN!

«Araz-Naxçıvan»ın məğlubiyyətləri sıralamasının və avrokuboklara biletdən əlini tez çəkməsinin bir səbəbi varmış, demə.

Bunu da Andrey Demçenkodan da öyrəndik.

Yanvarda Elmar Baxşıyevin yerinə gəlmiş ukraynalının iddiasına görə, futbolçular «ac» deyil, toxdur, ona görə də qələbə qazanmaq istəkləri sıfır həddindədir.

Eşitdiz də, «Araz»ın suyunun belə sürətlə quruması, liderlər qrupunun çox gersində qalması bununla əlaqədar imiş, onluq bir qəbahət yoxmuş.

Demçenko bax, buradan-bura bizə gəlir!

«Araz» yağışdan çıxıb, yağmura yaxalanıb. Elmar Baxşıyev tənbel, öyrənməyə, savadını artırmağa həvəsli olmayan biridir.

Öz üzərində çalışmaz, yeni bilikləri mənimsəməyə cəhd göstərməz, analiz etməyə həvəs eləməz. Demçenko onun tam tərsidir - işləməyə ərinməz.

Nəticələrin mövsümün ilk hissəsindən də pis olması nə futbolçuların «doyması»yla bağlıdır, nə də digər bir səbəblə. «İmişli»yə uduzursan ey, bəhanə üçün cibə girmə!

Guya, «Araz» öncəki həftələrdə əla oyun sərgiləyib, rəqiblərə qan uddurub.

Problem Demçenkonun futbolçularla qurduğu komunikasiyanın zəifliyindədir, rabitənin qırıq-qırıq olmasındadır.

Baxşıyev yaxşı məşq keçə bilməsə də, yaxşı münasibət qururdu, dilini şirin edirdi, işindən ötrü futbolçunun orasından keçirdi, burasından keçirdi, sevdirirdi özünü.

Demçenko isə zəhər tuluğudur, üstəlik, çox danışır, zəhlə tökür.

ELXAN

Seçilən
14
50
sportinfo.az

10Mənbələr