AZ

Əsgər menyusunda inqilab: alternativ zülallara keçirlər

ABŞ ordusu hərbçilərin qida təminatını dəyişmək üçün yeni addım atır.

Musavat.com xəbər verir ki, ABŞ ordusunun Döyüş İmkanlarının İnkişafı Komandanlığının Döyüş Qidalanması bölməsi alternativ zülal mənbələrinin araşdırılmasına başlayıb.

Məlumata görə, məqsəd yalnız yeni qida növləri tapmaq deyil, həm də bu zülalların birbaşa cəbhə şəraitində istehsalını mümkün etməkdir. Bu yanaşma təchizat zəncirinə düşən yükü azaltmalı və hərbçilərə fərdi şəkildə uyğunlaşdırılmış, yüksək keyfiyyətli qida təqdim etməlidir.

“Alternativ zülal texnologiyaları hərbi sahə qidalanması üçün” adlı rəsmi müraciətdə bildirilir ki, ordu bu sahədə sənaye və akademik qurumlarla əməkdaşlıq etmək niyyətindədir. Layihəyə müraciət üçün son tarix 15 may olaraq göstərilib.

Bununla yanaşı, ABŞ ordusu hərbçilərin real qida seçimlərini müəyyən etmək üçün fokus qrupları və dad testləri kimi istehlakçı araşdırmalarının aparılmasını da planlaşdırır. Eyni zamanda, ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təhlükəsiz hesab edilən (GRAS) alternativ zülal məhsullarının nümunələrini təqdim edə biləcək tərəfdaşlar axtarılır.

Musavat.com

Seçilən
2
25
musavat.com

10Mənbələr