AZ

Çayxanada düşən mübahisə qanla bitdi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.

Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
4
axar.az

5Mənbələr