Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüseyn oğlu Ağayev bıçaq xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya dərhal tibbi yardım göstərilib, hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Kənd sakinlərinin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. İddialara əsasən, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaq tədbirlərindən sonra məlum olacaq.\"Teleqraf"