AZ

Sent Deni şəhərinin meri irqi ayrı seçkiliyə qarşı böyük yürüşə çağırış edib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Paris, 3 may, AZƏRTAC

Sən-Deni (Seine-Saint-Denis) şəhərinin “Əyilməz Fransa” (La France insoumise – LFI) partiyasından olan meri Balli Baqayoko irqi ayrı-seçkiliyə qarşı mübarizəni davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, mer sosial şəbəkələrdə iyunun 21-də — Musiqi Günündə irqi ayrı-seçkiliyə və hər cür diskriminasiyaya qarşı böyük yürüş təşkil olunacağını elan edib.

Yürüşün keçiriləcəyi yer hələ açıqlanmayıb. Bununla belə, tədbirin aprelin əvvəlində Sən-Deni şəhərində merə qarşı səsləndirilən irqi təhqirlərə etiraz olaraq keçirilmiş ilk mitinqin davamı olacağı bildirilir.

Böyük milli debatlarda iştirak edəcəyini deyən mer Balli Baqayoko mesajında bildirib: “İndi biz xalqın təzyiqini saxlamağa borcluyuq, çünki qərarlı mübarizə olmadan heç nə dəyişə bilməz. Bu çağırış bütün vətəndaşlara ünvanlanır — siyasi, iqtisadi və media sahəsində sağçı qüvvələrin fəallaşdığı bir dövrdə xalqın səsini eşitdirməliyik. Bu, ilk növbədə, birliyə çağırışdır”.

Xatırladaq ki, martın 15-də keçirilən bələdiyyə seçkilərinin birinci turunda qalib gələn mali əsilli mer “CNews” televiziya kanalında irqi təhqirlərə məruz qalmış və çoxsaylı diskriminasiya xarakterli şərhlərlə üzləşmişdi. Paris prokurorluğu merin şikayətindən sonra “mənşə, etnik mənsubiyyət, millət, irq və ya dinə görə ictimai təhqir” maddəsi ilə cinayət işi açıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr