AZ

Lənkəranda çay evində dava qanla bitdi

ain.az bildirir, Bizim media portalına istinadən.

Lənkəran rayonunda bıçaqlanma ilə nəticələnən insident qeydə alınıb.Bizim.Media xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində fəaliyyət göstərən çay evlərindən birində baş verib.Məlumata görə, kənd sakinləri arasında baş verən münaqişə zamanı 42 yaşlı Eldəniz Hüseynov 36 yaşlı Samik Qadir oğlu Bayramovu kəsici-deşici alətlə yaralayıb.

 

Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin müayinəsi zamanı ona döş qəfəsi və bud nahiyəsindən kəsilmiş-deşilmiş yaralar diaqnozu qoyulub. Yaralının cərrahi müdaxiləyə götürüldüyü bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Baş vermiş fakt üzrə araşdırma davam etdirilir.Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
bizim.media

2Mənbələr