Lerikdə 21 yaşlı gənci ildırım vuraraq öldürüb.
Hadisə rayonun Laman kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı evin həyətində olarkən onu ildırım vurub. Gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta