AZ

Formula 1 : Antonelli ardıcıl üçüncü dəfə qalib gəlib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli "Formula 1" sinfində avtoyarışlar üzrə dünya çempionatının dördüncü mərhələsinin - Mayami Qran-prisinin qalibi olub.

"Cebheinfo.az" xəbər verir ki, yürüş Mayami Beynəlxalq Avtodromunda keçirilib.

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris ikinci, avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Antonelli ardıcıl üçüncü yarışında qalib gəlib. O, 100 xal toplayaraq ümumi çempionat sıralamasında liderlik edir. İkinci yeri mövsümün açılış mərhələsində qalib gələn britaniyalı "Mercedes"in pilotu Corc Rassel, üçüncü yeri isə "Ferrari"dən monakolu Çarlz Lekler tutur.

Konstruktorlar çempionatında "Mercedes" 180 xalla liderlik edir. "Ferrari" (112) və "McLaren" (94) də ilk üçlükdədir.

Dünya çempionatının beşinci mərhələsi 22-24 may tarixlərində Kanadada keçiriləcək.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
5
cebheinfo.az

6Mənbələr