Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 4 may, AZƏRTAC
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq mayın 4-də ölkəmizə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş katib Martin Çunqonqu və xanımı Stella Çunqonqu Azərbaycanın BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov ilə digər rəsmi şəxslər qarşılayıblar.
Müxbir - Ceyhun Xəlilov
Fotoqraf - İlkin Cavanşirov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.