AZ

“Real Madrid” 11 oyundan sonra qapısını toxunulmaz saxlayıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniya La Liqasının 34-cü turu çərçivəsində səfərdə “Espanyol”u 2:0 hesabı ilə məğlub edən “Real Madrid” uzun müddətdən sonra “quru” oyun keçirib.

İdman.Biz xəbər verir ki, Alvaro Arbeloanın yetirmələri sonuncu dəfə 8 fevral tarixində “Valensiya” ilə görüşdə (2:0) qol buraxmamışdı.

Paytaxt təmsilçisi bundan əvvəl ardıcıl 10 qarşılaşmada qapısında qol görmüşdü.

Bu qələbədən sonra “Real Madrid” turnir cədvəlinin lideri olan “Barselona”dan 11 xal geri qalır. Çempionatın başa çatmasına dörd tur qalmış reallaşacaq növbəti qarşılaşma mayın 10-da keçiriləcək. Həmin oyunda “Barselona” qələbə qazanacağı və ya heç-heçə edəcəyi təqdirdə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
icma.az

1Mənbələr