AZ

Türkiyədə tufan xəbərdarlığı olunub

Türkiyənin Şanlıurfa vilayətində qeydə alınan tufan nəticəsində bir nəfər ölüb, daha 40 nəfər xəsarət alıb.

"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, Birecik rayonunda qəfil güclü yağış və külək çoxsaylı ağacların aşmasına və binaların dam örtüyünün zədələnməsinə, eləcə də lokal daşqınlara səbəb olub. Bu hadisələrdə bir vətəndaş həyatını itirib, 29 şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Eynilə, Viranşehir rayonunda da təbiət hadisəsi oxşar mənfi təsirlərə səbəb olub və nəticədə 11 vətəndaş yüngül xəsarət alıb.

Meteorologiya Baş İdarəsinin son proqnoz hesabatına görə, ölkənin böyük bir hissəsində güclü yağış gözlənilir və Mərmərə bölgəsi üçün tufan xəbərdarlığı verilib. İstanbul da daxil olmaqla 44 vilayət üçün sarı xəbərdarlıq elan edilib və vətəndaşlara qəfil hava dəyişikliklərinə qarşı diqqətli olmaları tövsiyə olunub.

Seçilən
52
far.az

1Mənbələr