AZ

Monstr-trak şousunda dəhşət: 3 ölü, onlarla yaralı var

Kolumbiyanın cənub-qərbindəki Popayan şəhərində bədheybət yük maşını(monstr trak) şousunda nəqliyyat vasitələrindən biri yoldan çıxaraq tamaşaçıların üzərinə gedib.


Musavat.com xəbər verir ki, qadın sürücü maşınla mürəkkəb fənd icra etmək istəyərkən idarəetməni itirib və maşın birbaşa tamaşaçıların üzərinə hərəkət edib. Noticias Caracol televiziya kanalının məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 40-dən çox insan yaralanıb.

Səlahiyyətlilər qeyd edirlər ki, yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan qurbanların sayı arta bilər. Onlar qurbanların ailələrinə başsağlığı verib və yaralılara bütün lazımi yardımı göstərəcəklərinə söz veriblər.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr