AZ

Türkiyənin xüsusi nümayəndəsi “İrəvan dialoqu 2026” konfransında iştirak edəcək

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç beynəlxalq “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək.Bizim.Media xəbər verir ki, bu barədə məlumat beynəlxalq konfransın proqramında yer alıb.Proqrama əsasən, Serdar Kılıç mayın 5-də “Cənubi Qafqaz dönüş nöqtəsində: sülh və əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirəsində çıxış edəcək.Müzakirədə Türkiyənin xüsusi nümayəndəsi ilə yanaşı, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, həmçinin Azərbaycanı təmsil edən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov spiker qismində iştirak edəcəklər.

Bizim.Media

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
bizim.media

2Mənbələr