AZ

Müəllimlərin 47 faizi 51–60 bal toplayıb -6 maksimum nəticə

Naxçıvan Muxtar Respublikasında sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ilk gününün nəticələri məlum olub.

Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, imtahanda iştirak edən 753 təhsilverəndən 352-si, yəni 46,7 faizi 51–60 bal aralığında nəticə göstərib. Bu göstərici müəllimlərin əhəmiyyətli hissəsinin yüksək nəticə əldə etdiyini göstərir.

Ümumilikdə, imtahana cəlb olunan 760 müəllimdən 753-ü iştirak edib ki, bu da 99 faiz iştirak göstəricisi deməkdir.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 6 namizəd maksimum nəticə — 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.

Məlumat üçün bildirək ki, bu gün riyaziyyat, kimya və biologiya fənləri üzrə 612 təhsilverənin test imtahanında iştirakı nəzərdə tutulur.

Seçilən
20
2
redaktor.az

3Mənbələr