AZ

Azərbaycan sülh tərəfdarı mövqeyini bir daha nümayiş etdirir » AzadMedia.az


Prezident İlham Əliyev bu gün videoəlaqə vasitəsilə Avropa Siyasi Birliyi sammiti çərçivəsində İrəvanda keçirilən VIII toplantıya qoşulacaq. Bu mühüm platforma Avropa məkanında siyasi dialoqun genişləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sammitin açılış sessiyasında dövlət və hökumət başçılarının çıxışları nəzərdə tutulub. Azərbaycan Prezidenti ilə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni də çıxış edəcəklər.
Azərbaycanın bu cür yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirakı ölkənin dialoq və əməkdaşlığa açıq olduğunu bir daha təsdiqləyir. Rəsmi Bakı uzun müddətdir ki, regionda dayanıqlı sülhün və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasının tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın sülhsevər siyasətinin və konstruktiv mövqeyinin növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” platforması müxtəlif ölkələr arasında siyasi dialoqu gücləndirməyə xidmət edir və bu cür görüşlər regionda gərginliyin azaldılması, əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır.
Mənbə: //Report
Seçilən
18
1
azadmedia.az

2Mənbələr