ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün İrəvanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti işinə başlayır. Ermənistan paytaxtı eyni zamanda ilk dəfə keçiriləcək “Aİ-Ermənistan” sammitinə də ev sahibliyi edir.
“AzPolitika” xəbər verir ki, bu tədbirdə iştirak etmək üçün qitənin əksər dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri artıq İrəvana gəliblər.
Sammitdə iştirak edən yüksək səviyyəli qonaqların siyahısına Rumıniya, Fransa, Moldova, İsveçrə, Ukrayna, Yunanıstan, Bolqarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniya prezidentləri, Monako Knyazlığının vəliəhdi daxildir.
Kanada, Böyük Britaniya, Çexiya, Polşa, Norveç, Litva, Serbiya, Finlandiya, Lüksemburq, Gürcüstan, Estoniya, Kosovo, Lixtenşteyn, Andorra, Belçika, İrlandiya, Albaniya, Xorvatiya və İtaliyanın baş nazirləri İrəvana gəlib.
Sammitə beynəlxalq qurumların demək olar ki, bütün rəhbər şəxsləri – Avropa Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin sədri Roberta Metsola, NATO-nun baş katibi Mark Rutte, ATƏT-in baş katibi Fəridun Sinirlioğlu, Avropa Şurasının baş katibi Alen Bersen qatılıblar.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts iş qrafiki ilə əlaqədar səfərini son anda ləğv edib. Sammitin sonunda Ermənistan və Avropa İttifaqı arasında birgə bəyanatın qəbul ediləcəyi gözlənilir.
Rasim Əliyev
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.