AZ

Sərdar Kılıç Ermənistana səfər edəcək

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Kılıç Ermənistanda keçiriləcək “İrəvan Dialoqu" diplomatik forumunda iştirak edəcək.

Məlumata görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin birinci müavini Merve Kavakçı da Ermənistana yollanacaq.

Qeyd edək ki, Türkiyəni Vitse-prezidenti Cevdet Yılmaz da Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısında iştirak etmək üçün bu gün Yerevana səfər edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr