AZ

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana daha 10 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

 

Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

 

Qeyd olunub ki, Ermənistana 10 vaqon gübrə göndəriləcək.

 

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınacağı gözlənilir.

 

Xatırladaq ki, ötən gün də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə yola salınmışdı.

Seçilən
21
17
senzor.az

10Mənbələr