AZ

TƏCİLİ: ABŞ müharibəyə başladı 15 min hərbçi İrana HÜCUMA KEÇDİ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün planlaşdırdığı əməliyyatın detalları açıqlanıb.

KONKRET.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, “Azadlıq Layihəsi” (Project Freedom) adlı əməliyyata 15 min hərbçi və 100-dən çox təyyarə cəlb olunacaq. Əməliyyatın məqsədi İranla gərginlik fonunda bağlanan Hörmüz boğazında qalan üçüncü ölkələrə məxsus gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir.

ABŞ prezidenti Donald Tramp əməliyyatın təşəbbüsünü 3 may 2026-cı ildə irəli sürüb və onun başlanacağını 4 mayda elan edib. O, bildirib ki, əməliyyat humanitar xarakter daşıyır və bölgədə blokada səbəbindən çətin vəziyyətdə qalan “neytral və günahsız” gəmilərə yardım məqsədi güdür. Trampın sözlərinə görə, bəzi ekipajlar artıq ərzaq çatışmazlığı ilə üzləşir.

CENTCOM qeyd edib ki, əməliyyatda idarə olunan raketlərlə təchiz edilmiş esmineslər, hava və dəniz bazalı aviasiya vasitələri, çoxdomenli pilotsuz platformalar istifadə olunacaq.

Eyni zamanda Axios portalının yaydığı məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri kommersiya gəmilərini mütləq şəkildə müşayiət etməyəcək. ABŞ hərbi gəmiləri yaxınlıqda yerləşərək mümkün hücumların qarşısını almağa hazır olacaq.

Əsas diqqət kommersiya gəmilərinə Hörmüz boğazından keçid üçün ən təhlükəsiz marşrutlar barədə məlumat verilməsinə yönəldiləcək. Tramp vurğulayıb ki, əməliyyata qarşı hər hansı müqavimət olarsa, ABŞ güc tətbiq edə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
konkret.az

3Mənbələr