AZ

“Galatasaray” İkardi ilə yollarını ayırır –İstanbul klubu yeni hücumçu axtarışına çıxdı

Türkiyənin Galatasaray klubu argentinalı hücumçu Mauro Icardi ilə yollarını ayırmağa hazırlaşır.

Vətəninfo.az xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda başa çatacaq müqavilə ilə bağlı futbolçu ilə hələ ki, danışıqlara başlamayıb.

Məlumata görə, İstanbul təmsilçisi hücum xəttində alternativlər üzərində işləyir. Komandanın əsas planlarında yer alan digər forvard Victor Osimhen üçün də ehtiyat variantların axtarıldığı bildirilir.

Klub daxilində hücum xəttinin yenilənməsi ilə bağlı qərarın mövsümün sonunda daha da dəqiqləşəcəyi gözlənilir. Rəhbərlik yeni transferlərlə komandanın hücum gücünü artırmağı hədəfləyir.

Seçilən
14
veteninfo.az

1Mənbələr