AZ

“Milan”ın ulduzu PSJ-yə təklif edildi

Hücumçu Rafael Leao yayda “Milan”ı tərk edə bilər.

Publika.az xəbər verir ki, insayder Marko Varininin sözlərinə görə, portuqaliyalı hücumçunun xidmətləri PSJ-yə təklif olunub. Lakin Paris klubu hücumçunu transfer etməkdən imtina edib. Yalnız “Barselona” və İngiltərə Premyer Liqasının bir neçə komandası oyunçu üçün təklif verməyə hazırdır.

Rafael Leao 2019-cu ildə “Lill”dən 49 milyon avroya “Milan”a keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Bu mövsüm hücumçu “rossoneri”nin heyətində bütün yarışlarda 28 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” Leaonun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Seçilən
15
publika.az

1Mənbələr