AZ

Eyni məhsul rayonda ucuz, Bakıda baha satılır – Qiyməti kim artırır?

Rayonlarda yetişdirilən məhsulun ucuz qiymətə satılması, amma paytaxtda eyni məhsulun bir neçə dəfə baha təklif olunması uzun illərdir müzakirə olunan məsələlərdən biridir.

Bəs, bunun səbəbi nədir?

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, əslində bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Qeyd edib ki, cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir.

Onun sözləriə görə, bu modeldə çoxlu xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem də var.

Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur:

“Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir”.

Bildirib ki, ikinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.

Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır:

“Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır”.

Seçilən
2
6
konkret.az

7Mənbələr