AZ

Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var Siyahı

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin ilk 3 ayı ərzində turizm məqsədi ilə xaricə səfər edən 264 min 26 nəfər Azərbaycan vətəndaşı başqa ölkələrdə 1 milyon 430 min 962 gecə keçirib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşları orada keçirdikləri gecələmələrin 35,1%-ni və ya 502 min 177 gecəni qohum və dostlarına, həmçinin özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərdə keçiriblər.

Gecələmələrin 25,6%-i qohum və dostların, 9,5%-i isə özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərin payına düşüb.

Cənubi Koreya istisna olmaqla, rəsmi açıqlamada yer alan elə bir xarici ölkə yoxdur ki, həmin ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının orada özünə və ailə üzvlərinə məxsus ev olmasın.

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının özlərinə, ya da ailə üzvlərinə məxsus mənzillərdə keçirdikləri gecələmələrin sayı aşağıdakı kimi olub:

Türkiyə – 70 013

Rusiya – 24 838

Gürcüstan – 19 205

Qazaxıstan – 1 727

Səudiyyə Ərəbistanı – 1 738

Polşa – 1 520

Birləşmiş Ərəb Əmirlikləri – 4 112

Özbəkistan – 923

Avstriya – 874

Qırğızıstan – 821

Almaniya – 828

Belarus – 814

Çin – 814

Moldova – 809

Böyük Britaniya – 683

Misir – 649

Fransa – 611

İtaliya – 515

Qətər – 474

Hindistan – 289

Macarıstan – 257

Çexiya – 180

İran – 170

İsrail – 158

İsveçrə – 97

Pakistan – 41

Küveyt – 39

Lüksemburq – 17

Bəhreyn – 15

Niderland – 11

Yaponiya – 9

Türkmənistan – 7

İraq – 5

Cənubi Koreya –

Digər ölkələr – 3 101Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
yeniavaz.com

1Mənbələr