AZ

Kamal Cəfərov beynəlxalq səviyyəli sertifikat əldə etdi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamal Cəfərov dünyanın ilk hərtərəfli və qlobal səviyyədə süni intellekt sistemlərinin idarə olunmasına yönəlmiş "Süni İntellektin İdarəedilməsi üzrə Mütəxəssis" (AIGP - AI Governance Professional) sertifikat imtahanını uğurla keçib.


Manset.az xəbər verir ki, son altı ay ərzində bu sahəyə xüsusi maraq göstərdiyini və tədqiqatlar apardığını bildirən millət vəkili, son iki həftəlik intensiv hazırlıq mərhələsindən sonra bu mühüm beynəlxalq ixtisas dərəcəsinə yiyələnib.

​Qeyd edək ki, AIGP sertifikatı süni intellekt sistemlərinin məsuliyyətli şəkildə inkişaf etdirilməsi, tətbiqi və idarə olunması sahəsində qlobal standartları müəyyən edən xüsusi ixtisas dərəcəsidir.

​Hazırda ölkəmizdə bu sertifikata sahib mütəxəssislərin sayı olduqca azdır. Beynəlxalq etibarlılığa malik bu dərəcə gələcəkdə istər dövlət, istərsə də özəl qurumlarda süni intellektlə bağlı yaranan riskləri effektiv idarə etmək, bu sahədəki yeni qanunvericilik tələblərinə riayət olunmasını təmin etmək və etik standartları qoruyub saxlamaq baxımından müstəsna əhəmiyyət kəsb edir.

Seçilən
0
4
manset.az

5Mənbələr