AZ

Vyetnamda yaşayan azərbaycanlılarla ilk genişmiqyaslı görüş: Layihələr təqdim olunub, təkliflər səsləndirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Hanoy şəhərində soydaşlarımızla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, Vyetnam azərbaycanlıları, həmçinin əvvəllər Bakıda təhsil almış vyetnamlılar ilə keçirilən ilk genişmiqyaslı görüş olub.

Görüşdən əvvəl görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın Vyetnamdakı səfirliyinin binasında yerləşən büstü önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə çıxış edərək, iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. O, çıxışında xalqlarımız arasında tarixi münasibətlərin qurulması və inkişafında Ümummilli Liderlərin rolu barədə ətraflı məlumat verilib. Hazırda bu münasibətləri iki ölkənin liderlərinin uğurla inkişaf etdirdiyi vurğulanıb.

Komitə sədri Fuad Muradov çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xatırladıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və xaricdəki soydaşlarımızın məlumatlandırılması istiqamətində xidmətlərindən danışıb.

Vyetnam Azərbaycan Dostluq Assosiasiyasının fəxri rəhbəri Nghiem Vu Khaiyin isə çıxışında ölkəmizə olan böyük sevgisini ifadə edib.

İnteraktiv və məhsuldar şəraitdə keçən görüşdə perspektivə dair fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər diqqətlə dinlənilərək əhatəli cavablar verilib.

Komitənin layihələrini maraqla qarşılayan soydaşlarımız iki ölkə arasında xüsusilə təhsil, mədəniyyət və kulinariya sahəsində əlaqələrin gücləndirilməsi, həmçinin burada müəllimlər forumunun təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

Görüş bədii hissə ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr