AZ

NBA da inanılmaz seriya: Bir paylaşım hər şeyi dəyişdi FOTO/VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Milli Basketbol Assosiasiyasının (NBA) pley-off seriyasının həlledici - yeddinci oyununda “Detroit Pistons” öz meydanında “Orlando Magic”i 116:94 hesabı ilə məğlub edərək seriyanı 4-3 qazanıb.

İdman.Biz xəbər verir ki, oyunun gedişində “Little Caesars Arena”da azarkeşlər bir neçə dəfə tribunalardan birlikdə “Angel Riz!” şüarları səsləndiriblər.

Hadisənin arxasında isə şəxsi münasibətlərlə bağlı maraqlı məqam dayanır. “Magic”in oyunçusu Vendl Karter Jr. hazırda WNBA ulduzu Angel Riz ilə münasibətdədir.

Onların əlaqəsi ötən ilin mayında ictimaiyyətə məlum olub.

Karter daha əvvəl “Detroit Pistons”un oyunçusu Ceylen Dürenin keçmiş sevgilisi ilə də münasibətdə olub. Bu vəziyyət iki komanda arasında keçirilən seriyaya əlavə emosional gərginlik qatıb.

Angel Riz isə sosial şəbəkədə paylaşım edərək Karterin Düren üzərindən etdiyi “slam dunk” epizodunu (“Slam dunk” basketbolda topun havadan güclü şəkildə səbətə çırpılaraq vurulmasıdır və ən effektli, tamaşaçıları həyəcanlandıran epizodlardan biri sayılır) izləyicilərlə bölüşüb.

Sonda isə “Detroit Pistons” seriyanı 4-3 hesabı ilə qazanaraq mərhələni keçib. Ceylen Düren isə yeddinci oyunu 15 xal və 15 ribaundla başa vurub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
icma.az

1Mənbələr