AZ

Maqadanda mədin dağıntıları altından daha 4 cəsəd ÇIXARILDI

Maqadan vilayətindəki mədəndə dağıntılar altında qalan 8 fəhlənin hamısı ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Rusiyanın Maqadan vilayətində yerləşən kömür mədənində ağır faciə yaşanıb. Baş verən uçqun nəticəsində 8 nəfər dağıntılar altında qalmışdı.

Xilasedicilər tərəfindən dərhal hadisə yerinə əməliyyat qrupları cəlb edilib. Axtarış-xilasetmə işlərinin yekun nəticəsinə görə, dağıntılar altında qalan hər 8 fəhlənin cəsədi tapılıb. Bununla da, xilasetmə əməliyyatı başa çatıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
38
interpress.az

1Mənbələr