AZ

Xorvatiyanın Baş naziri: "Orta Dəhliz Avropa ilə Asiyanın əlaqələrin gücləndirilməsində vacibdir"

Orta Dəhliz Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsinin əsas istiqamətlərindən biridir.

"Far.Az" xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç İrəvanda Avropa Siyasi Birliyinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

"Xorvatiya bu yaxınlarda Baltik dənizi, Qara dəniz və Adriatik dənizlərini birləşdirən, Avropa İttifaqının üzvü olan 13 Mərkəzi və Şərqi Avropa ölkəsinin daxil olduğu Üç Dəniz Təşəbbüsü sammitinə ev sahibliyi edib. Görüşün əsas nəticələrindən biri bu regionun - Aİ-nin şərq və cənub cinahının dünyanın digər hissələri ilə əməkdaşlığı daha fəal inkişaf etdirməsinin vacibliyinin dərk edilməsi oldu. Bu, iki yolla mümkündür: sizin (Cənubi Qafqaz ölkələri - red.) üçün vacib olan Orta Dəhliz, həmçinin Hindistan - Yaxın Şərq - Avropa dəhlizi", - o deyib.

Baş nazir vurğulayıb ki, bu iki istiqamət Xorvatiyada keçirilən sammitdə fəal şəkildə müzakirə olunub.

"Hesab edirəm ki, enerji və malların nəqli, şəffaflıq və tranzitin inkişafı, habelə müvafiq infrastruktura investisiya qoyuluşu Avropanın bu hissəsində sülh və inkişafın təmin edilməsi, eləcə də bütün Cənubi Qafqaz dövlətləri üçün son dərəcə vacibdir", - Plenkoviç əlavə edib.

Seçilən
5
far.az

1Mənbələr