AZ

“Əgər insan ölümsüz olsaydı, bəzilərinin...”

“Uşaqlıqda düşünürdüm ki, ölümsüz həyat daha gözəl olardı. Amma sonra ABŞ-nin Əhali Araşdırmaları Bürosunun bir elmi araşdırmasını oxudum. Orada qeyd edilirdi ki, insanın yaranmasından bu günə qədər Yer üzündə təxminən 117 milyard insan doğulub. Deməli, əgər insan əbədi olsaydı, bu gün planetdə yaşayan insanların sayı 8 milyard deyil, təxminən 117 milyard olardı”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, bu isə indiki dünya əhalisindən təxminən 14 dəfə çox deməkdir:

“Bir anlıq təsəvvür edin. Nə şəhərlər yetərdi, nə su, nə qida, nə enerji, nə də nəfəs aldığımız boşluq. İnsanlar bir-birini ovlayıb, insan əti ilə qidalanardı. Odur ki, həyatın bu qədər qiymətli olmasının səbəbi də, onun sonlu olmasıdır. Deməli, ölüm həm də həyatın, təbiətin və cəmiyyətin balansını qoruyan görünməz qanunlardan biridir. İqtisadi, sosial və resurs tərəfini bir kənara qoysaq belə, məsələnin bir də mənəvi tərəfi var. Əgər insan ölümsüz olsaydı, bəzilərinin güc, nifrət, intiqam və tamah üçün bir-birinə və cəmiyyətə qarşı edə biləcəyi dəhşətləri düşünmək belə insanı qorxudur”.

Vasif ƏLİHÜSEYN

Seçilən
18
adalet.az

1Mənbələr