AZ

İspaniya Baş nazirini daşıyan təyyarə Ankaraya məcburi eniş edib

İspaniyanın Baş naziri Pedro Sançezi daşıyan rəsmi təyyarə texniki nasazlıq səbəbindən Ankaraya məcburi eniş edib.

Far.Az xəbər verir ki, baş nazir Avropa Siyasi Birliyi toplantısında iştirak etmək üçün Madriddən İrəvana gedirdi. Uçuş zamanı yaranan problem səbəbilə təyyarə Ankara hava limanına yönləndirilib.

İspaniyanın EFE agentliyi bildirir ki, Airbus A310 tipli rəsmi təyyarədə qeydə alınan texniki nasazlıq ciddi xarakter daşımır. Buna baxmayaraq, təhlükəsizlik protokollarına uyğun olaraq məcburi eniş həyata keçirilib.

Məlumata əsasən, Pedro Sançez gecəni Ankarada keçirəcək və səfərini növbəti gün davam etdirərək İrəvana yollanacaq.

Qeyd edək ki, Baş nazirin təyyarəsi ilə bağlı oxşar hadisə daha əvvəl də qeydə alınıb. Belə ki, o, 2025-ci ildə texniki nasazlıq səbəbilə Ukrayna ilə bağlı keçirilən görüşə fiziki olaraq qatıla bilməmişdi.

Seçilən
9
far.az

1Mənbələr