AZ

İran: ABŞ donanmasını hədəf alacağıq

İran: ABŞ donanmasını hədəf alacağıq

ABŞ-ın Hörmüz boğazında qalan gəmilərin çıxışına dəstək verəcəyini elan etməsindən sonra İran ordusu bölgəyə yaxınlaşacağı təqdirdə ABŞ donanmasını hədəf alacağını açıqlayıb.

AFN.az xəbər verir ki, İran tərəfi ABŞ-ın "Azadlıq Layihəsi" çərçivəsində ticarət gəmilərini müşayiət etmək planına sərt reaksiya verərək, istənilən müdaxilənin birbaşa hərbi cavabla qarşılanacağını bildirib.

İran ordusunun rəsmiləri Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin region ölkələrinə aid olduğunu vurğulayaraq, xarici güclərin bölgədəki varlığını gərginliyi artıran amil kimi qiymətləndiriblər. Bu xəbərdarlıq ABŞ-ın boğazdakı ticarət gəmilərinin keçidini təmin etmək üçün 15 min hərbi personal və çox sayda döyüş gəmisi cəlb edəcəyi barədə açıqlamasından dərhal sonraya təsadüf edir.

İranın bu bəyanatı bölgədəki hərbi gərginliyin yeni və daha təhlükəli mərhələyə qədəm qoyduğunu göstərir. Tərəflər arasında qarşılıqlı ittihamlar davam edərkən, beynəlxalq ticarət dəhlizi olan Hörmüz boğazındakı vəziyyət qlobal enerji bazarları üçün ciddi narahatlıq doğurmağa davam edir.

Seçilən
18
afn.az

1Mənbələr