18 may 2026-cı il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir.
Bu barədəMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Həmçinin bildirilib ki, 12 may tarixindən 26 may tarixinədək dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili həyata keçiriləcək.