AZ

KREMLDƏ ÇEVRİLİŞ TƏŞVİŞİ, PUTİN TAM QAPANIB... Sensasiyalı kəşfiyyat məlumatları yayıldı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Dünyanın aparıcı media qurumları – CNN, "Financial Times" Avropa İttifaqı ölkələrindən birinin kəşfiyyatına istinadən Kreml daxilində baş verən proseslər barədə sensasiyalı hesabat yayıblar. 2026-cı ilin mart ayına təsadüf edənhesabat Vladimir Putinin artan qorxularını, elitadakı gərginliyi və xüsusi xidmət orqanları arasındakı qarşıdurmanı ifşa edir.

“AzPolitika” həmin hesabatdakı mühüm məqamları təqdim edir:

Putin sui-qəsddən qorxur

Hesabata görə, 2026-cı ilin martından etibarən Vladimir Putində kəskin narahatlıq və təşviş müşahidə olunur. Rusiya Prezidenti həssas məlumatların sızmasından və siyasi elitanın dronlar vasitəsilə ona sui-qəsd təşkil edəcəyindən ciddi şübhələnir.

Təhlükəsizlik tədbirləri görünməmiş həddə çatdırılıb. Putin artıq Podmoskovye və Valdaydakı məşhur iqamətgahlarına getmir. O, vaxtının böyük hissəsini Krasnodar diyarındakı modernləşdirilmiş bunkerlərdə keçirir.

Putin bunkerdə olduğu müddətdə dövlət televiziyaları onun əvvəlcədən çəkilmiş köhnə görüntülərini yeni kimi təqdim edir. Putinin yanında çalışan işçilərə isə mobil telefon, internet və ictimai nəqliyyatdan istifadə qadağan edilib. Aşpazların, fotoqrafların və mühafizəçilərin evlərində gizli izləmə sistemləri quraşdırılıb.

Sergey Şoyqu: Çevriliş riskinin əsas fiquru?

Kəşfiyyat sənədində ən diqqətçəkən məqamlardan biri Təhlükəsizlik Şurasının katibi (keçmiş müdafiə naziri) Sergey Şoyqu ilə bağlıdır. O, dövlət çevrilişinə cəhd göstərə biləcək potensial risk faktoru kimi təqdim olunur.

Onun yaxın adamı, keçmiş birinci müavini Ruslan Tsalikovun martın 5-də həbs olunması Şoyquya verilən təhlükəsizlik zəmanətlərinin ləğvi kimi qiymətləndirilir. CNN-in şərhinə görə, bu məlumatın kütləvi tirajlanması Kremlin daxilində ona etimadsızlığı daha da dərinləşdirmək məqsədi daşıya bilər.

Generalların davası: "Təhlükəsizliyi kim qoruya bilmir?"

Hesabatda Rusiya güc strukturları arasındakı rəqabətin pik həddə çatdığı bildirilir. 2025-ci ilin dekabrında general-leytenant Fanil Sarvarovun Moskvada öldürülməsi bu gərginliyi alovlandırıb.

Məxfi müşavirədə Baş Qərargah rəisi Valeri Gerasimov, FSB direktoru Aleksandr Bortnikov və Rosqvardiya rəhbəri Viktor Zolotov Ukrayna kəşfiyyatının əməliyyatları qarşısındakı uğursuzluğa görə məsuliyyəti bir-birinin üzərinə atıblar.

Güc strukturları arasındakı bu "müharibədə" Gerasimov öz mövqeyini gücləndirə bilib. Putinin qərarı ilə Federal Mühafizə Xidmətinin (FSO) mandatı genişləndirilib. Əvvəllər yalnız Gerasimov FSO tərəfindən qorunurdusa, indi siyahıya daha 10 yüksək rütbəli general (o cümlədən Baş Qərargah rəisinin 3 müavini) əlavə edilib. Bu, kəşfiyyat dairələrində Gerasimovun digər güc nazirləri üzərindəki siyasi qələbəsi kimi qiymətləndirilir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr