Acun Ilıcalının sahibi olduğu “Hall Siti" Çempionşipdə pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, matçdan sonrakı hadisələr ən az oyun qədər diqqət çəkib.
Belə ki, yüzlərlə “Hall Siti” azarkeşi komandanın bu uğurunu oyunçularla birlikdə qeyd etmək üçün meydana axışıb.
Evdə “Norviç Siti”dən 1-0 hesabı ilə geri qalmasına baxmayaraq, “Hall Siti” mübarizədən əl çəkməyib.
Komanda 28-ci dəqiqədə Makberninin penalti qolu ilə hesabı bərabərləşdirib, daha sonra isə 67-ci dəqiqədə Makberninin ikinci qolu ilə 2-1 hesablı qələbə qazanıb.
Eyni zamanda, “Reksem”in “Midlsbro” ilə 2-2 hesablı heç-heçəsi “Hall Siti”nin pley-off mərhələsində yerini təmin etməsinə imkan verib. Bu nəticə İngiltərə komandası üçün Premyer Liqaya gedən yolda əhəmiyyətli üstünlükdür.
Matç bitən kimi tribuna həyəcanı meydana yayılıb və azarkeşlər oyunçularla birlikdə tarixi nailiyyəti qeyd ediblər.