Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün Xalq şairi Söhrab Tahirin anım günüdür.
Kulis.az "Günün şeiri" layihəsində "Nə yaxşı sən varsan" şeirini təqdim edir.
Arzu küçəsində, istək bağında,
Sevgi nəğməsindən bir ev hörmüşəm.
Dönük ayrılığın, xoşbəxt çağımda,
Mərmər sarayını burda görmüşəm.
Heç kəs qınamasın bu sevgimizi,
Böhtanlar salmasın bu eşqi dilə.
Tale birləşdirə biləsydi bizi,
Sən elə olmazdın, mən isə belə.
Qorxmadan yanımca addımla, yeri,
De görüm, ilk eşqin itib hayanda?
Qismət də hökmünü əksinə verir,
İnsan qismətini yaşamayanda.
Gəl deyək, hər sözün deyək, düzünü,
Bilirəm, kiməsə qan uddurursan.
Nə yaxşı, unudub sən də özünü,
Mənə təkliyimi unutdurursan.
Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"
"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.