AZ

“Bitcoin”in qiyməti yanvardan bəri ilk dəfə 80 min dolları ötüb

“Bitcoin”in qiyməti yanvardan bəri ilk dəfə 80 min dolları ötüb.

AZƏRTAC xəbər verir ki, “Bitcoin”in qiyməti 2,1 faiz artaraq yanvarın 31-dən indiyədək ilk dəfə ticarət zamanı 80 min dollar həddini keçib.

Ekspertlərin fikrincə, əsas kriptovalyutanın qiymətindəki bu yüksəliş və bazarındakı müsbət tendensiya bir sıra amillərlə dəstəklənir. Belə ki, Asiya fond bazarlarındakı yüksəliş “Bitcoin”in qiymətinin yuxarı istiqamətli dəyişməsinə səbəb olub. Bu, həmçinin institusional tələb alternativ tokenlərin artımına şərait yaradıb. Eyni zamanda, geosiyasi qeyri-müəyyənliklər və Hörmüz böhranı da qiymətdəki artıma təsir edib. 80 min dollar səviyyəsinin çox vacib psixoloji maneə olduğu və qiymətin bu səviyyədən yuxarıda qalmasının impulsu artıracağı bildirilib. “Bitcoin”in qiymətinin may ayının ortalarına qədər 85 min dollara qədər yüksələcəyi gözlənilir.

Qeyd edək ki, cümə günü ABŞ-də yerləşən “Bitcoin” birja ticarət fondlarına 630 milyon dollar xalis vəsait daxil olub.

“Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr