Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Ermənistana davamlı sülh arzulayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında bildirib.
“Baş nazir Paşinyan və Prezident Əliyevə, eləcə də sizin ölkələrinizə hərtərəfli, uzunmüddətli və davamlı sülh arzulayırıq”, - Zelenski qeyd edib.