AZ

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək.

Ölkə.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.

Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib.

Seçilən
0
10
olke.az

10Mənbələr