AZ

"ABŞ-yə bu mövzuda dəstək verməyəcəyik" - Makron

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Hörmüz Boğazı ilə bağlı planlarına dair diqqətəlayiq açıqlamalar verib. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Hörmüz Boğazı ilə bağlı hərbi müdaxiləyə dəstək verməyəcəklərini açıqlayıb. Boğazın yenidən açılmasının əhəmiyyətini vurğulayan Makron bu məsələnin həllinin İran ilə ABŞ arasında koordinasiya ilə təmin olunmalı olduğunu bildirib. O, gəmiçilik azadlığının məhdudiyyət və ödəniş olmadan təmin edilməsinin vacib olduğunu qeyd edib.


Makron güc tətbiq edilərək həyata keçiriləcək hər hansı bir əməliyyata qatılmayacaqlarını açıq şəkildə ifadə edib.

Seçilən
17
manset.az

1Mənbələr